Lavrovun qızının bu addımı qalmaqal yaratdı – FOTOLAR

Rusiyanın XİN rəhbəri Sergey Lavrovun qızı Yekaterina Lavrovanın həyat yoldaşı Aleksandr Vinokurovla Gürcüstanda olması ilə bağlı ölkə mediasında məlumatlar yayılıb.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Yekaterinanın Gürcüstanın Kaxetiya bölgəsində olması barədə məlumat qalmaqala səbəb olub.

Bildirilir ki, o, sahibkar həyat yoldaşının qardaşının toyunda iştirak etmək üçün Gürcüstandadır.

Toyun “Kvareli Lake Resort” və yaxud “Akhasheni Wine Resort & Spa” komplekslərində keçirildiyi iddia edilir.

Toya gələn qonaqlar arasında çox sayda rusiyalının olduğu da vurğulanıb. Buna baxmayaraq, Gürcüstanın heç bir rəsmi qurumu bu barədə məlumatları təsdiq etməyib. Adıçəkilən hər iki hotel də orada Lavrov soyadlı heç bir qonağın olmadığını qeyd edib. Bununla belə, hotellər Vinokurov adlı qonaqların olub-olmamasına aydınlıq gətirməyiblər. Eyni zamanda “Akhasheni Wine Resort & Spa” hoteli kompleksdə toy keçirilməsini təkzib edib.

“Droa” partiyasının lideri Elene Xoştariya isə sözügedən toyun Tbilisidə baş tutduğunu, Kaxetiyada isə qonaqlıq verildiyini iddia edib.