1680079398 irevan1

“Ermənistan hökuməti 3+3 formatı çərçivəsində xarici işlər nazirlərinin görüşünü keçirməyə hazırdır”.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi “Sputnik”in sualına cavabında bildirib.

“Hələ 2024-cü il oktyabrın 18-də İstanbulda keçirilən “3+3” regional müzakirə platformasının 3-cü iclası çərçivəsində Ermənistan nazirlərin növbəti görüşünə ev sahibliyi etməyə hazır olduğunu bəyan edib”, – nazirliyin açıqlamasında qeyd olunur.

Xatırladaq ki, ötən həftə Ermənistanda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov 3+3 formatı üzrə növbəti görüşün Bakı və ya İrəvanda keçirilməsini təklif edib.

Ayşən Mustafa
Globalinfo.az 

Paylaş: