Lavrovu ABŞ-a buraxmadılar – Müəmma

ABŞ Rusiya xarici işlər naziri Sergey Lavrovun təyyarəsinə Nyu Yorka daxil olmaq üçün viza verməyib.

Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov deyib.

Onun sözlərinə görə, Lavrov ABŞ-a BMT Təhlükəsizlik Şurasının iclasını aparmaq üçün gəlməli idi, lakin Vaşinqton buna əngəl yaradıb.

Antonov amerikalıların rusiyalıların vizası ilə bağlı ərizələrə baxılması üçün görüşü də səbəb gətirmədən ləğv etdiyini bildirib.

İlkin Həsənov
Globalinfo.az