Lavrovdan Tehran-Bakı gərginliyinə reaksiya: “Rusiya gözləyir…”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmir Abdullahianla mətbuat konfransı keçirib.

Globalinfo.az xəbər verir ki, S.Lavrov jurnalistlərə açıqlamasında Azərbaycan və İran arasında son zamanlarda yaşanan gərginlikdən söz açıb.

Nazir “Rusiya Bakı ilə Tehran arasındakı münasibətlərdə ziddiyyətin müvəqqəti xarakter daşıdığını və tezliklə aradan qalxacağını gözləyir”, – deyə qeyd edib.

Ayşən Mustafa
Globalinfo.az