2023 09 23T183740Z 909673123 RC2HE3A6EXK0 RTRMADP 3 UKRAINE CRISIS UN LAVROV 1695498540

“Biz dəfələrlə erməni dostlarımıza çatdırmışıq ki, nə Vaşinqton, nə də Brüssel öz tərəfdaşlarının taleyi və maraqları barədə düşünür”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Moskva İrəvanla qardaşlıq münasibətlərini həmişə yüksək qiymətləndirib. Biz İrəvanı təbii strateji tərəfdaşlarımızdan və müttəfiqlərimizdən biri hesab edirik. Biz Ermənistanla ticarət-iqtisadi və hərbi-siyasi sahədə imzalanan bütün sazişlərə sadiqik. Rusiya Ermənistanın əsas ticarət və investisiya tərəfdaşı olaraq qalır. Biz 2024-cü ildə Ermənistanın Aİİ orqanlarına sədrliyinin nəticələrini yüksək qiymətləndiririk. Şübhə yoxdur ki, Ermənistanın Avrasiya inteqrasiyasında iştirakı son illərdə onun ÜDM-nin sürətli artımını xeyli dərəcədə təmin edib. Eyni zamanda vurğulamaq məcburiyyətindəyik ki, Aİİ və Avropa İttifaqına üzvlük bir araya sığmır. Ümid edirik ki, qarşıdan gələn ildə biz bir sıra mühüm layihələrin həyata keçirilməsində mühüm irəliləyiş əldə edə biləcəyik”, – deyə Lavrov vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az  

Paylaş: