Rusiyanın xarici işlər naziri Sergey Lavrova qarşı sanksiyalar aradan qaldırıla bilər.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.
Dövlət katibi Ər-Riyadda Rusiya nümayəndə heyəti ilə görüşdən sonra keçirilən mətbuat konfransı zamanı “Lavrova qarşı sanksiyalarl ləğv oluna bilərmi?” sualını cavablandırıb.
“Biz hələ ki danışıqların o səviyyəsinə çatmamışıq. Əlbəttə ki, elə mövzular var ki, onları da müzakirə etməli olacağıq. Hələ bu prosesə başlamamışıq. Bu gün sadəcə bu barədə danışıqların aparılması üçün prosesə başlamaq barədə razılığa gəlmişik”, – deyə Rubio qeyd edib.
Aysel Əliyeva
Globalinfo.az