Qarabağı 1994-cü ildə itirdik, çünki… – Erməni KİV

“Sergey Lavrovun “2022-ci ildə Praqada Azərbaycan və Ermənistanın Alma-Ata bəyannaməsini təsdiqləməsinə dair sənəd imzalaması bizi şoka saldı, bununla Qarabağ məsələsi birdəfəlik bağlandı” deməsi onun tarixdən xəbərsiz olduğu mənasına gəlir”.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistanın “Yox” nəşrinin Rusiya xarici işlər naziri Sergey Lavrovun Cənubi Qafqazdakı vəziyyətlə bağlı açıqlamalarına münasibətdə yayımladığı məqalədə qeyd olunur.

Nəşr bildirib ki, Rusiya XİN başçısı Qarabağın itirilməsinə görə günahı Nikol Paşinyanın üzərinə atmaq istəyir, amma bu məsələyə 1991-ci ildə imzalanan Alma-Ata bəyannaməsi ilə nöqtə qoyulduğunu bilmir:

“O, 1994-cü ildəki atəşkəs razılaşması (Bişkek protokolu) ilə Qarabağın Azərbaycanın tərkibində qalmasından xəbərsizdir. Bu məsələyə 1996-cı ildə Lissabon sammitində yekun vurulduğu barədə Lavrova məlumat verilməyib. Madrid, Ki-Uest, Kazan kimi görüşlərdən də məlumatı yoxdur. Bir sözlə, Nikol Paşinyan hələ “Qarabağ Ermənistandır” deyəndə belə Qarabağ əslində Azərbaycanın idi”.

Ayşən Mustafa
Globalinfo.az