Lavrovdan Moskva görüşü ilə bağlı eyhamlı sözlər

“Biz Cənubi Qafqazdakı vəziyyəti təhlil etdik. Hesab edirik ki, üçtərəfli bəyanatın heç bir alternativi yoxdur”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada keçirilən görüşdə deyib.

S.Lavrov münasibətlərin qaydasına salınması üçün bəzi təşəbbüslərin həyata keçirilməli olduğunu söyləyib:

“Biz regionda sabitlik və sülhün olmasında maraqlıyıq. Rusiya münasibətlərin nizamlanması üçün qəbul edilən bütün qərarların həyata keçirilməsinə çalışacaq. Ümid edirik ki, bu qərarımız regiona maraqları olan digər dövlətlər tərəfindən hörmətlə qarşılanacaq. Münasibətlərin qaydasına salınması üçün əlavə addımlara ehtiyac var. Müxtəlif ekspert qrupları, parlament nümayəndələri səviyyəsində əlaqə yaratmaq lazımdır”.

Ayşən Mustafa
Globalinfo.az