Lavrov və Abdullahian nələri müzakirə etdi?

Rusiya xarici işlər naziri Sergey Lavrov və İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Tərəflər İsrail-Fələstin münaqişəsi ilə bağlı hazırki situasiyanı müzakirə ediblər.

Diplomatlar Qəzza zolağında davam edən silahlı qarşıdurmadan narahat olduqlarını bildiriblər.