Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyəyə gəlib.
Globalinfo.az TASS-a istinadən xəbər verir ki, Rusiya diplomatik missiyasının rəhbərini daşıyan təyyarə Ankarada hava limanına enib.
Məlumata görə, Türkiyənin xarici işlər naziri Hakan Fidanla Sergey Lavrov Yaxın Şərq, Suriya və Ukraynadakı vəziyyəti müzakirə edəcəklər.
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Lavrovun Türkiyəyə səfər zamanı beynəlxalq, regional və ikitərəfli münasibətlərə dair geniş mövzular müzakirə olunacağını açıqlamışdı.
Əliyar Xəlil