Rusiya xarici işlər naziri Sergey Lavrov Alyaskada keçirilən Rusiya–ABŞ sammitində üzərində “SSRİ” yazısı olan geyiminin simvolik mənası ilə bağlı yayılan iddialara münasibət bildirib.
Globalinfo.az xəbər verir ki, nazir bu barədə “Ultrahang” YouTube kanalına müsahibəsində danışıb.
“Sovet İttifaqı mənim vətənimdir. Mən orada doğulmuşam, gəncliyim orada keçib, Xarici İşlər Nazirliyində işləməkdən həzz almışam. Düşünmürəm ki, vətənimizdən utanmalıyıq,” – Lavrov vurğulayıb.
Diplomat bildirib ki, “SSRİ” yazılı köynək Rusiyada çox məşhurdur və tarixi nostalji ilə əlaqələndirilir:
“Bizdə həmçinin Rusiya imperiyasının gerbi olan köynəklər də var, çoxları onları geyinir. Bu, sadəcə tarixin bir hissəsidir.”
Lavrov sonda geyiminin arxasında heç bir gizli siyasi mesaj axtarmağa ehtiyac olmadığını bildirib və zarafatla əlavə edib: “Sadəcə, sviter çox qəşəng idi”.
Tahir Turan
Globalinfo.az