Lavrov Quterreşlə “taxıl sazişi”ni müzakirə etdi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT-nin Baş katibi Antonio Quterreş ilə görüşüb.

Globalinfo.az TASS-a istinadən xəbər verir ki, görüş Cənubi Afrikada keçirilən BRİKS sammiti çərçivəsində baş tutub.

Tərəflər “taxıl sazişi” məsələsinə də toxunublar.

Lavrov rəsmi Moskvanın “taxıl sazişi”ndə iştirakına yalnız Rusiya tərəfi qarşısında götürülən bütün öhdəliklərin faktiki olaraq yerinə yetirildiyi təqdirdə razı olacağını bildirib.