Lavrov Laçın dəhlizi ilə mina daşınmasından DANIŞDI

Rusiya XİN başçısı Sergey Lavrov Laçın dəhlizindən mina daşınması ilə bağlı danışıb.

Globalinfo.az Rusiya mətbuatına xəbər verir ki, nazir bu mövzuya 2022-ci ilin yekunlarına dair mətbuat konfransında toxunub.

“Ermənistanın minaların daşınması üçün Laçın dəhlizindən istifadə etməsi barədə məlumatlar Azərbaycan tərəfindən təqdim olunub. Hərbçilərimiz hazırda bunu öyrənirlər. Sülhməramlı kontingentin qadağan olunmuş, qeyri-humanitar, qeyri-mülki malların olub-olmadığını müəyyənləşdirmək məqsədilə bütün nəqliyyat vasitələrini yoxlamaq üçün hər cür imkanı var”, – deyə o söyləyib.