Lavrov İndoneziyada xəstəxanaya düşüb? – YENİLƏNİB

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Sergey Lavrovun Bali adasında xəstəxanaya yerləşdirilməsinə dair xəbərə münasibət bildirib.

Globalinfo.az bildirir ki, Zaxarova bu barədə məlumatı “feyk” adlandırıb.

“Sergey Viktoroviçlə İndoneziyada xəbər lentini oxuyuruq və gözlərimizə inanmırıq: sən demə, o, xəstəxanaya yerləşdirilib. Əlbəttə ki, bu, “feyklər”in ali pilotajıdır”, – Rusiya XİN sözçüsü vurğulayıb.

***13:20

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Balidə keçirilən G20 sammitinə gəldikdən sonra xəstəxanaya yerləşdirilib.

Globalinfo.az bildirir ki, bu barədə AP-nin reportyoru İndoneziya rəsmilərinə istinadən məlumat yayıb.

İndoneziya rəsmiləri bildirib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov səhhətində problem yarandığı üçün xəstəxanaya aparılıb. İndoneziya hökumətinin üç rəsmisi və tibb işçisi Associated Press agentliyinə rus diplomatın müalicə olunduğunu bildirib.

Mənbələrdən ikisi Lavrovun ürək xəstəliyindən müalicə olunduğunu deyib.