Lavrov: “Hədəf 1991-ci il sərhədlərinə qayıtmaqdır”

“Qərb nümayəndələri Kiyevə deyirlər ki, Rusiya ilə razılaşmaq üçün hələ çox tezdir”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

Onun sözlərinə görə, Qərb Kiyevə bildirir ki, konfliktlə bağlı danışıqları Rusiyanı 1991-ci il sərhədlərinə qaytararaq başlamaq lazımdır:

“Qərb mütəmadi olaraq cənab Borrelin, NATO Baş katibi Stoltenberqin, ABŞ və Avropa Birliyinin digər nümayəndələrinin dili ilə bəyan edir ki, Ukraynanın razılaşmağa başlaması hələ çox tezdir. Onlar birbaşa deyirlər ki, Rusiyanı 1991-ci il sərhədinə qaytarmaq lazımdır”.

Aqşin
Globalinfo.az