Lavrov erməni həmkarına irad tutdu

Rusiya xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyana irad tutub.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə Lavrovla Mirzoyanın Şimali Makedoniya paytaxtı Skopyedə görüşü zamanı baş verib.

Görüşdən yayılan qısa videoda Lavrovun Mirzoyana irad tutduğu müşahidə olunub.

“Sizin səfiriniz sərbəstdir, göstərişsiz işləyir?” – deyə Lavrov Mirzoyanı Ermənistanın Vyanadakı və ATƏT-dəki səfirinin fəaliyyətinə görə qınayıb.

Qeyd edək ki, KİV-lərdə Ermənistanın Avropadakı səfirlərinin anti-Rusiya fəaliyyətlərində fəal iştirak etdiklərinə dair məlumatlar yayılmaqdadır.