lavrov teyyare

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avrasiya təhlükəsizliyi üzrə beynəlxalq konfransda iştirak etmək üçün Minskə səfər edib.

Globalinfo.az xəbər verir ki, konfrans oktyabrın 28-dən 29-dək Minskdə keçiriləcək.

Təşkilatçıların fikrincə, konfransın əsas məqsədi qlobal nizamdakı böhran, hərbi-siyasi ziddiyyətlər və Avrasiyanın təhlükəsizliyini müzakirə etməkdir.

Konfransda 40-dan çox ölkə və yeddi beynəlxalq təşkilatın nümayəndələri iştirak edəcək.

Paylaş: