Latviya şirkətləri Qarabağa dəvət edildi

Azərbaycanda 16 Latviya şirkəti bizneslə məşğul olur.

Globalinfo.az xəbər verir ki, bunu Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev martın 8-də Azərbaycan və Latviyanın iş adamları ilə görüşündə deyib.

“Ötən il Latviya ilə Azərbaycan arasında ticarət dövriyyəsi artıb. Azərbaycan Latviyaya 166 milyon ABŞ dolları sərmayə qoyub”, – o bildirib.

İkitərəfli əməkdaşlığın imkanlarından danışan Y.Abdullayev Ələt Azad İqtisadi Zonasını xüsusilə qeyd edib:

“Latviya şirkətlərinin Vətən müharibəsi nəticəsində azad edilmiş Azərbaycan ərazilərinin bərpasında iştirakını görməyə şad olarıq”.