Lamiyə paralimpiya tariximizə düşdü

Karyerasında 4-cü dəfə dünya çempionu olan paraatlet Lamiyə Vəliyeva Azərbaycanın paralimpiya tarixinə düşüb.

Milli Paralimpiya Komitəsindən Globalinfo.az-a verilən məlumata görə, o, buna Yaponiyanın Kobe şəhərində keçirilən dünya çempionatında imza atıb.

L.Vəliyeva mundialda həm 100, həm də 400 metr məsafəyə qaçış üzrə qızıl medalları əldə edib.

Qeyd edək ki, 22 yaşlı çempion həmçinin bu göstərici ilə müstəqillik illərində Yay Olimpiya və Paralimpiya Oyunlarında iştirak etmiş idmançılar arasında Rafael Ağayevdən (karate üzrə 5 qat dünya çempionu) sonra üç dəfədən çox dünya çempionu olan növbəti idmançıdır.