“Lamin Yamal “Barselona” ilə yeni müqavilə imzalamağa yaxındır”.
Globalinfo.az xəbər verir ki, bunu klubun prezidenti Xuan Laporta deyib.
“17 yaşlı Yamal çox istedadlıdır. O, “Barselona”da özünü yaxşı hiss edir. Yeni müqavilə demək olar, razılaşdırılıb, sadəcə təsdiqləmək lazımdır”, – deyə o bildirib.
Qeyd edək ki, Lamin Yamal bu mövsüm “Barselona”nın heyətində 53 oyuna çıxıb, 17 qol vurub və 25 məhsuldar ötürmə edib.
Futbolçunun “Barselona” ilə hazırkı müqaviləsi 2026-cı ilin yayında başa çatır.
Əliyar Xəlil
Globalinfo.az