Lalə Azərtaşın komandasına balta ilə hücum: saxlanılan var – VİDEO

lale azertas 1

Ötən gün səhər saatlarında “Xəzər” televiziyasının çəkiliş qrupuna qarşı zor tətbiq edən, eləcə də televiziyaya məxsus avadanlığı yararsız vəziyyətə salan kənd sakini Elqan Bəşirov müəyyən edilərək saxlanılıb”.

Bu məlumat Globalinfo.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilib.

Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanıb, araşdırmalar aparılır.

***09:40

Aparıcı Lalə Azərtaş çəkiliş üçün yollandığı Kürdəmirdə hücuma məruz qalıb.

Globalinfo.az xəbər verir ki, aparıcı 15 yaşlı qızın ailə qurması xəbərini eşidərək, Kürdəmirə ailənin evinə yollanıb.

Çəkiliş zamanı Lalə Azərtaşa və Xəzər TV əməkdaşlarına balta ilə hücum edilib. Nəticədə, operatorun kamerası qırılıb.

Həmin görüntüləri təqdim edirik: