Azərbaycanın internet məkanında özünəməxsus yeri olan LAF TV-nin fəaliyyətə başlamasından 4 il ötür.
Globalinfo.az xatırladır ki, LAF TV 2020-ci il mayın 28-də internet üzərindən canlı yayıma başlayıb.
256 mindən çox abunəçisi və yüzminlərlə izləyici olan kanal tamaşaçılara ictimai-siyasi, iqtisadi, sosial, dini, mədəni mövzulara həsr olunmuş verilişlər təqdim edir.
Qeyd edək ki, LAF TV-nin yaradıcıları əməkdar jurnalistlər Ləman Ələşrəfqızı və Afət Telmanqızıdır.
Globalinfo.az olaraq LAF TV-ni təbrik edirik!