Laçında Novruz yarmarkası keçirilir – FOTOLAR

Laçında “Can Laçın” Novruz yarmarkası keçrilir.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Laçın sakinləri uzun illər sonra baharı doğma yurdlarında qarşılayır.

“Can Laçın” Novruz yarmarkasında həm Laçında ərsəyə gələn məhsullar və tanınmış sənətkarların əl işləri sərgilənir, həm də bayram şənliyində milli adətlərə uyğun müxtəlif əyləncəli proqramlar nümayiş olunur.

“Can Laçın” Novruz yarmarkası ilaxır çərşənbə – Torpaq çərşənbəsi günündə Azərbaycan Respublikası Prezidentinin Laçın üzrə Xüsusi Nümayəndəliyi, Bakı Abadlıq Xidməti MMC, və Mədəniyyət Nazirliyinin birgə təşəbbüsü və təşkilatçılığı ilə Həkəri çayı kənarında keçirilir.

“Can Laçın” yarmarkasına usta Hüseyn Hacı Mustafazadə dünyada məşhur şəbəkələri, Aqil Kərimov milli üslubda hazırladığı papaqlarla, usta Zahid Vələdov milli musiqi alətləri ilə, xalq yaradıcılığı üzrə mütəxəssis Elnarə Rəsulova şəxsi kolleksiyası ilə qoşulublar.

Bundan başqa, yarmarkada “Gilabi Ceramics”, “İslimi”, “Zili”, “Darayı” milli brendlərinin məhsulları sərgilənir.

Laçında becərilən kənd təsərrüfatı məhsulları, Laçın xanımlarının əl işləri və şirniyyatlar, “Zerti Aqrosənaye” kompleksinin məhsulları da yarmarkada yer alır.

Laçında Novruz yarmarkası keçirilir - FOTO Laçında Novruz yarmarkası keçirilir - FOTO

Laçında Novruz yarmarkası keçirilir - FOTO

Laçında Novruz yarmarkası keçirilir - FOTO

Laçında Novruz yarmarkası keçirilir - FOTO