Hazırkı Ermənistan hakimiyyəti ölkənin ərazi bütövlüyünü təmin etmək gücündə deyil.
Globalinfo.az xəbər verir ki, bunu keçmiş qondarma “dqr”in sabiq “xarici işlər naziri” Armen Məlikyan deyib.
Onun sözlərinə görə, Laçın yolu ətrafında yaranmış situasiya vəziyyəti bir qədər də qəlizləşdirəcək:
“Hələlik situasiya bir qədər də dərinləşəcək. İstisna etmirəm ki, vəziyyətin düzəlməsi bəzi yeni faktorların peyda olması ilə reallaşacaq”.
Qeyd edək ki, azərbaycanlı fəallar Qarabağ iqtisadi zonasında törədilən ekoloji terrora etiraz olaraq Xankəndi-Laçın yolunda askiya keçirirlər. Aksiya dinc xarakter daşıyır və sözügedən ərazidə yaşayan ermənilərin humanitar baxımdan təmin edilməsi üçün hər cür şərait yaradılır.
Zaira Akifqızı
Globalinfo.az