Laçın yolu bu tarixdə açılacaq – İddia

“Minimum 12, maksimum 24 saat ərzində Laçın yolu açılacaq və humanitar yüklər Xankəndiyə daxil olacaq”.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə Ermənistan KİV-ləri çıxış edib.

Bildirilib ki, Beynəlxalq Qızıl Xaç Komitəsi 12-24 saat ərzində Laçın yolu vasitəsilə əraziyə humanitar yükün daşınmasına başlayacaq.

Qeyd edək ki, Rusiya Qızıl Xaç Komitəsi tərəfindən Qarabağa göndərilən humanitar yük maşını bu gün Ağdamdan Xankəndiyə gedib.

Ayşən Mustafa
Globalinfo.az