Laçın şəhərində yarmarka açıldı – FOTOLAR

Laçında şəhərində “Can Laçın” yarmarkasının təntənəli açılış mərasimi keçirilir.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, açılış mərasimində Prezidentin Laçın rayonu üzrə xüsusi nümayəndəsi Məsim Məmmədov “Bakı Abadlıq Xidməti” MMC-nin, “Laçın Abadlıq Xidməti” ASC-nin və digər qurumların əməkdaşları, o cümlədən Laçın rayon sakinləri iştirak edirlər.

Laçın Abadlıq Xidmətindən bildirilib ki, iki gün davam edəcək yarmarkada Laçında yetişən və hazırlanan məhsullar, laçınlı xanımların və uşaqların əl işləri nümayiş olunur. Məlumata görə, yarmarka mövsümü xarakter daşımır və mütəmadi olaraq davam edəcək.

Yarmarkanın ardınca uşaqlar və sakinlər üçün konsert proqramı təqdim olunacaq.