Laçın dəhlizində ŞOK: Azərbaycanlılar ora gələrkən… – FOTOFAKT

“Laçın dəhlizində fəaliyyət göstərən Rusiya sülhməramlı qüvvələrinin yaxasında bu ölkənin Ukraynaya qarşı apardığı müharibənin simvolu hesab edilən “Z” hərfi var. Halbuki Rusiya sülhməramlı qüvvələri adlanan hərbçilər iki il əvvəl Qarabağa gələrkən yaxalarında “Z” işarəsi olmayıb”.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başlayandan sonra döyüşlərə cəlb edilən hərbçilərin yaxalarında bu işarə qeyd edilib:

“Z” işarəsi Rusiyanın işğalçı müharibəsinin simvolu olaraq rus faşizmini özündə ehtiva edir. Azərbaycan ərazisində xidmət edən Rusiya hərbçilərinin yaxasında belə bir simvolun olması qəbuledilməzdir. Azərbaycan buna dərhal reaksiya verməlidir.

Rusiya dövlətinin işğalçı siyasətinin simvolu olan “Z” işarəsini sülhməramlı qüvvələr daşıyırsa, bu onların fəaliyyətini şübhə altına alır”.

Turan Rzayev
Globalinfo.az