Onlara ağır işgəncələr verilib – Hərbi prokuror

“Bu konfransın itkin düşmüş şəxslərin meyit qalıqlarının yerinin müəyyənləşdirilməsinə töhfə verəcəyinə ümid edirəm”.

Globalinfo.az xəbər verir ki, bunu “İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirmək üçün milli və qlobal səylərin artırılması” üzrə beynəlxalq konfransda çıxışında Azərbaycan Respublikasının baş prokurorunun müavini, Azərbaycan Respublikasının hərbi prokuroru Xanlar Vəliyev deyib.

Hərbi prokuror bildirib ki, ermənilər keçən əsrin 80-ci illərindən başlayaraq Azərbaycana qarşı qeyri-hüquqi ərazi iddiaları qaldırıb, beynəlxalq humanitar hüququn norma və prinsiplərini pozub: “Ermənilər Azərbaycanın hərbi qulluqçularına və döyüşlərdə bilavasitə iştirak etməyən mülki azərbaycanlıları girov götürüb, ağır işgəncələrə məruz qoyub. Onların taleyi barədə bu günə qədər hələ də məlumat verməyib. Torpaqlarımız işğaldan azad olunandan sonra Prezident İlham Əliyevin tapşırığı ilə itkin düşmüş şəxslərin taleyi diqqət mərkəzində saxlanılıb. Azad edilmiş ərazilərdə aşkarlanmış kütləvi məzarlıqlarla bağlı hərbi prokurorluqda çoxsaylı cinayət işləri başlanıb”.