“Kuryer”lər 72 yaşlı iş adamının evinə basqın etdi – ANBAAN VİDEO

Türkiyənin İzmir şəhərində yaşayan 72 yaşlı iş adamı Korhan Bozkurt kuryer adı ilə evinə girən soyğunçuların hücumuna məruz qalıb.

Globalinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, iş adamının mənzilə soxulan iki kişi K.Bozkurtu qorxudaraq onun 1,5 milyon lirəsini (137 min manatı – red.) götürüb evi tərk ediblər.

Hadisə mənzildə olan təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb.