
“Türkiyə ən qısa zamanda terrordan xilas olacaq”.
Globalinfo.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Ordu Birlikləri Federasiyasının iftar proqramında çıxışı zamanı deyib.
O bildirib ki, Türkiyə yaranan bu fürsətdən yararlanacaq.
“Türkiyə olaraq yaranan bu fürsətdən, Allahın izni ilə, ən yaxşı şəkildə dəyərləndirəcəyik. Ən qısa zamanda silahlardan, terror təşkilatlarından təmizlənmiş bir Türkiyə və bölgə qurmaq nəsib olar. Bu məsuliyyət millətə, ümmətə və bölgədəki bütün xalqlar üçün hər birimizin öhdəsinə düşür”, – Kurtulmuş qeyd edib.
Aysel Əliyeva
Globalinfo.az