Rusiyanın Kursk vilayətində fövqəladə vəziyyət rejimi tətbiq edilib.
Globalinfo.az xəbər verir ki, bu barədə qubernator vəzifəsini icra edən Aleksey Smirnov məlumat verib.
Rejim düşmən qüvvələrinin region ərazisinə daxil olmasının nəticələrini aradan qaldırmaq üçün tətbiq edilib.
“Kursk vilayətində, sərhədyanı ərazilərdə çətin əməliyyat vəziyyəti qalır, düşmən qüvvələrinin bölgə ərazisinə daxil olmasının nəticələrini aradan qaldırmaq üçün bu gündən etibarən Kursk vilayətində fövqəladə vəziyyət tətbiq etmək qərarına gəldim”, – A.Smirnov vurğulayıb.
Kursk vilayəti hökumətinin məlumatına görə, bir neçə min insan Kursk vilayətinin sərhədyanı rayonlarını tərk edib, onlardan 600-dən çoxu müvəqqəti saxlama məntəqələrinə yerləşdirilib.
Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumu dünən, avqustun 6-dan başlayıb.