“Kursk AES-dəki vəziyyət Zaporojye AES-dən daha təhlükəlidir”.
Globalinfo.az xəbər verir ki, Bunu Zaporojye AES-in direktoru Yuri Çerniçuk deyib.
O bildirib ki, “Kursk AES” dizaynına görə hərbi əməliyyatlardan, pilotsuz təyyarələrin hücumundan daha az qoruna bilir.
“Kursk AES-də vəziyyəti çətinləşdirən odur ki, həmin obyektin tikinti strukturu onu xarici təsirlərdən qoruya bilmir. Ona görə də, xarici təsirlər baxımından indi “Kursk AES” bizim stansiyadan daha potensial təhlükəlidir”, – deyə Çernçuk vurğulayıb.
Qeyd edək ki, Zaporojye Atom Elektrik Stansiyası Enerqodar şəhəri yaxınlığında, Dnepr çayının sol sahilində yerləşir. Bu, aqreqatların sayına və quraşdırılmış gücünə görə Avropanın ən böyük atom elektrik stansiyasıdır. Stansiyada 1 giqavat gücündə altı enerji bloku var.
Məlumat üçün bildirək ki, 2022-ci ilin oktyabrında AES Rusiyanın mülkiyyətinə keçib. Hazırda stansiyanın bütün enerji blokları “soyuq dayandırma” rejimindədir və elektrik enerjisi istehsal etmir.
Müşviq Tofiqoğlu
Globalinfo.az