d0d188b3 3802 3c14 bff7 d4077f235650 850

Kürdəmirdə 63 yaşlı qadın hamam otağında ürəktutmasından dünyasını dəyişib.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, hadisə rayon ərazisində yerləşən hərbi şəhərcikdə qeydə alınıb.

Belə ki, 1961-ci il təvəllüdlü Həsənova Elfirida Veysəl qızı hamam otağında yuyunarkən qəfildən halı pisləşib və o, xəstəxanaya çatana qədər yolda dünyasını dəyişib.

Hazırda rayonun hüquq-mühafizə orqanı əməkdaşları hadisə yerinə cəlb olunub və fakt araşdırılır.

Paylaş: