1880ab4d 086c 3bb3 8b5e 51137f7c9b38 825

Kürdəmirdə 36 yaşlı kişini cərəyan vuraraq öldürüb.

Globalinfo.az “Report”a istinadla xəbər verir ki, hadisə rayonun Sığırlı kəndində qeydə alınıb.

Belə ki, rayonun Xırdapay kənd sakini, 1989-cu il təvəllüdlü Bağırov Məhəbbət Ağamurad oğlu elektrik xəttində iş görərkən onu cərəyan vurub.Ağır bədən xəsarəti alan sakin elə hadisə yerində dünyasını dəyişib. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: