Bayram günlərində ölkə ərazisində yağan yağıntılarla əlaqədar çaylarda suyun səviyyəsində nisbətən artım müşahidə edilib.
Globalinfo.az bildirir ki, bunu APA-ya açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev deyib. O bildirib ki, bu mövsümi xarakter daşıyır:
“Böyük və Kiçik Qafqazın bəzi çaylarında, o cümlədən Qanıx çayında da suyun səviyyəsində artım olub. Lakin artıq çaylarda suyun səviyyəsində nisbətən azalma müşahidə edilir”, – deyə o qeyd edib.