Kürdə batan azyaşlının axtarışları davam edir

Kür çayının Şirvan şəhər ərazisindən keçən hissəsində batdığı ehtimal edilən 2010-cu il təvəllüdlü İsgəndərov Yusif Ramil oğlunun axtarışları davam edir.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, artıq bir neçə saatdır FHN-nin Kiçikhəcimli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc axtarış qrupu tərəfindən axtarışlar aparılsa da, hələ bir nəticə yoxdur.

Şirvan sakini olan azyaşlının köynəyi Kür sahilində tapıldığından onun çayda batdığı ehtimal edilir.

Faktla bağlı aidiyyati qurumlar tərəfindən araşdırmalar aparılır.

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Kür çayının Şirvan şəhərinin Bayramlı qəsəbəsi ərazisindən keçən hissəsində bir nəfər azyaşlının batması barədə ilkin məlumat daxil olub.

Globalinfo.az xəbər verir ki, bu barədə FHN-in məlumatında deyilir.

Məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.