Kürdəxanıda 9 mərtəbəli binada yanğın – YENİLƏNDİ

 

Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində doqquzmərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

Bu barədə FHN-dən bildirilib.

İlkin məlumata əsasən, yanğın elektrik kabellərinin keçdiyi şaxtada baş verib.

Əlavə məlumat veriləcək.

***

23:50

Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində doqquzmərtəbəli yaşayış binasının zirzəmisində yanğın başlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.

Bildirilib ki, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.