17 yaşlı ana doğuş zamanı ölüb, cinayət işi başlanıb

 

Kürdəmirdə yeniyetmənin doğuş zamanı vəfat etməsi ilə bağlı cinayət işi başlayıb.

Globalinfo.az-ın xəbərinə görə, Baş Prokurorluğun mətbuat xidməti bildirilib ki, noyabrın 06-sı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında 2005-ci il təvəllüdlü Şəbinur İsayevanın qeysəriyyə əməliyyatından sonra səhhətinin pisləşməsi nəticəsində ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.