4b50ddfc dfe4 4cbb 93d0 fc0886aaa254 850

Kür çayının Yevlaxdan keçən hissəsində batan şəxsin kimliyi məlum olub.

Globalinfo.az xəbər verir ki, o, Bərdə rayon sakini, 1986-cı il təvəllüdlü Sənan Əliyevdir.

S.Əliyevin çayda çimən zaman batdığı bildirilir.

Əraziyə FHN-nin Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

***20:53
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Kür çayının Yevlax şəhərindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Bu barədə Globalinfo.az-a Nazirlikdən bildirilib.

Məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.

Paylaş: