Ötən gün külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsinin qarşısı alınıb.
Globalinfo.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 31-də ümumi çəkisi 23 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.