Kuleba MÜJDƏNİ VERDİ: “Ukraynanın ilk hava qələbəsinə nail olacağıq”

 

Ukrayna bu il “F-16” təyyarələrindən istifadə edərək uğurlu əməliyyatlar keçirməyi planlaşdırır.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib:

“F-16″ların həyata keçirəcəyi ilk hava hücumuna hazırlıq planlaşdırıldığı kimi davam edir. Pilotlar, mühəndislər hazırlaşır, infrastruktur qurulur. “F-16″ təyyarələrini təqdim etməyə söz verən bütün ölkələr öz öhdəliklərini yerinə yetirir”, – deyə Kuleba vurğulayıb.

O qeyd edib ki, bu qırıcılardan çox mürəkkəb bir prosesdir.

“Bu, sadəcə bir avtomobildən digərinə keçmək kimi asan bir məsələ  deyil. Hətta hava döyüşlərinə nəzarət anlayışı da dəyişir. Ona görə də, müəyyən zaman lazımdır. Lakin hər şey plana uyğun olaraq gedir. Düşünürəm ki, bu il biz “F-16”-ların vasitəsilə Ukraynanın ilk hava qələbəsinə nail olacağıq”, – Kuleba fikirlərini tamamlayıb.

Əliyar Xəlil,

Globalinfo.az