Kuleba canlı yayımda siqaret çəkdi – VİDEO

Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın canlı yayımda çıxışı zamanı siqaret çəkib.

Globalinfo.az xəbər verir ki, sözügedən hadisə aparıcının Kulebaya Polşadan gələn fermerlərin Polşa-Ukrayna sərhədində etirazları ilə bağlı sual verdiyi vaxt baş verib.

Belə ki, nazir canlı yayımın bitdiyini düşünüb və dərhal siqaretini çəkib. Bu zaman aparıcı Kulebaya yayımın davam etdiyini deyib, buna baxmayaraq nazirlə bağlantı dərhal kəsilib.