Bakıda küçədə çılpaq qaçan şəxsdən xəbər var – VİDEO

Bakıdakı küçələrin birində çılpaq formada qaçan şəxsin görüntüləri yayılıb.

Globalinfo.az oxu.az-a istinadən bildirir ki, sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı müvafiq araşdırmalar aparılıb.

Araşdırmalarla çılpaq şəkildə Bakı küçələrindən birində qaçan şəxsin kimliyi məlum olub:

“Çılpaq şəkildə qaçan 1986-cı il təvəllüdlü şəxs müəyyən olunub və qardaşının müraciəti əsasında onun sağlamlıq vəziyyəti nəzərə alınaraq psixoloji sağlamlıq mərkəzinə yerləşdirilib”.