
Bakı şəhəri, Nəsimi rayonu, Balababa Məcidov küçəsində baş vermiş yanğında 3 evə ziyan dəyib.
Bunu Yanğınsöndürmə qərargahın rəisi polkovnik Xudat Nəbiyev bildirib.
“Birmərtəbəli binanın dam örtüyündə yanğın qeydə alınıb. Yanğın təxminən 100 kvadrat metr ərazini əhatə edib. Yanğının söndürülməsinə texnika və şəxsi heyət cəlb olunaraq təxminən 30 dəqiqə ərzində yanğın söndürülüb. Yanğında 3 mənzilə ziyan dəyib, yüngül xəsarət alan 1 sakinə yerində yardım göstərilib” – deyə o qeyd edib.
***
23:08
Bakı şəhəri, Nəsimi rayonu, Balababa Məcidov küçəsində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində tam söndürülüb.
Bu barədə Globalinfo.az-a FHN-dən bildirilib.
Əlavə məlumat veriləcək.
***
22:56
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Balababa Məcidov küçəsində fərdi yaşayış evində yanğın olması barədə ilkin məlumat daxil olub.
Bu barədə Globalinfo.az-a FHN-dən bildirilib.
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
***
22:32
Bakının “Kubinka” adlanan məhəlləsində güclü yanğın başlayıb.
Globalinfo.az xəbər verir ki, yanğınla bağlı görüntülər sosial şəbəkələrdə yayımlanıb.
Hadisə yerinə yanğınsöndürən maşınları və təcili tibbi yardım əməkdaşları cəlb edilib.
Qeyd edək ki, yanğının hansı səbəbdən baş verməsi məlum deyil.
Həmin görüntüləri təqdim edirik: