Səhv etdik, Ermənistan təhlükə altındadır – Ohanyan

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sessiyasında iştirak etməmək Ermənistanın və regionun təhlükəsizliyini riskə atır”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın keçmiş müdafiə naziri, parlamentin “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyan deyib.

“Xüsusilə hazırda – Ermənistanın çətin vəziyyətdə olduğu bir zamanda təşkilatın tədbirlərində iştirak etməmək ölkəni və regionu təhlükə altına atır. KTMT ilə münasibətlərin korlanması bir çox hallarda Ermənistan hakimiyyətinə görə olub. Əgər alyans üzvlərindən kiminləsə problem varsa, bu məsələ görüşlər zamanı nəzərdə saxlanılmalıdır”, – o bildirib.

Ayşən Mustafa 
Globalinfo.az