KTMT baş katibi İrəvanda: qovluğunda nələr var?

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) ciddi narazılığı fonunda təşkilatın baş katibi İmanqali Tasmaqambetov bu gün İrəvana gəlib.

Globalinfo.az xəbər verir ki, səfər barədə KTMT-nin rəsmi saytında məlumat dərc olunub.

Görüşlər zamanı cari ilin noyabrında Minskdə keçirilən KTMT xarici işlər nazirlərinin sammitinin nəticələrinin müzakirə olunacağı deyilir.

Baş katibin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşü nəzərdə tutulur.

Tasmaqambetovun İrəvana gətirdiyi paketə KTMT-nin vahid hava hücumundan müdafiə sisteminin yaradılması təklifinin daxil olduğu, təşkilatın Ermənistanı buna razı salmağa çalışdığı qeyd olunur.

Ayşən Mustafa
Globalinfo.az