KTMT iclasından gizli görüntü: Lavrovdan erməni nazirə ŞOK SÖZLƏR – VİDEO

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının xarici işlər nazirləri, müdafiə nazirləri və təhlükəsizlik şuralarının rəhbərlərinin iclasında gözlənilməz anlar yaşanıb.

Globalinfo.az xəbər verir ki, iclasda gözlənilmədən “Sputnik” agentliyi yayımı bərpa edib və bu zaman efirə iclasın ictimaiyyət üçün nəzərdə tutulmayan görüntüləri yayımlanıb.

Belə ki, yayımlanan videoda Rusiya xarici işlər naziri Sergey Lavrovun digər həmkarlarına müraciət etməsi yer alıb. Lavrov xüsusilə Ermənistan xarici işlər naziri Ararat Mirzoyana Ermənistana yardımın dayandırılacağını deyib:

“Əgər biz Ermənistana yardım məsələsini təxirə salırıqsa, o zaman deklarasiya və bəyanatla nə olacaq? Məncə, paket razılaşma var idi, ona görə də yəqin ki, biz bunu daha sonra işgüzar qaydada imzalayacağıq”.

Ararat Mirzoyan bu çıxışa reaksiya versə də, onun mikrofonu sönülü olduğundan səsini eşitmək mümkün olmayıb.

Ermənistan hakim dairələrinin “qapalı iclasın görüntüləri” deyə yaydığı məlumatı “Sputnik” agentliyi sonradan “iclasda bəzi sənədlərə imza atılıb, Sergey Lavrovun Ermənistana sualları yaranıb” şəklində təqdim edib.

İlkin
Globalinfo.az