Ağalarovlar “Krokus”a görə məhkəməyə verilir – SƏBƏB

Moskvada yerləşən “Krokus Siti Holl”da baş verən terror aktının qurbanları adından ticarət mərkəzinin sahiblərinə qarşı cinayət işinin açılması üçün Rusiya Federasiyasının İstintaq Komitəsinə ərizə verilib. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Trunov, Aivar and Partners” hüquq firmasının prezidenti, hüquqşünas İqor Trunov “RİA Novosti”yə açıqlamasında bildirib.

Hüquqşünas ərizənin “ticarət mərkəzində təhlükəsizlik qaydalarına lazımi səviyyədə əməl edilməməsi” ittihamı ilə məhkəməyə təqdim edildiyini deyib. Ərizə terror nəticəsində zərərçəkmiş 11 nəfər, ölənlərlərin ailələri və həmin zalda konserti nəzərdə tutulan “Piknik” qrupunun çəkiliş heyəti tərəfindən verilib.

Ərizədə qeyd edilir ki , “Krokus” 1998-1999-cu illərdə tikilib. Bina 2009-cu ildə açılıb və o vaxtdan  təhlükəsizlik tələbləri xeyli dəyişib, “lakin buna əməl olunmayıb”.

“Krokus Siti Holl”un sahibi, Rusiyada yaşayan azərbaycanlı iş adamı Araz Ağalarovun oğlu Emin Ağalarov məsələ ilə bağlı “RİA Novosti”yə açıqlama verib. O, “Krokus”un bütün təhlükəsizlik və xəbərdarlıq sistemlərinin işlədiyini bildirib. Vurğulayıb ki, binada yanğından mühafizə sistemi tam gücə işləyib, hətta bəzi otaqlar ümumiyyətlə yanğından zərər görməyib.

Ayşən Mustafa
Globalinfo.az