“Krokus”dan sonra rusların telefonuna qorxunc mesajlar gəlir

Moskvadakı “Krokus Siti Holl”da baş verən terror hücumunda sonra Rusiya vətəndaşlarının telefonuna teleqram vasitəsilə kütləvi mesajlar göndərilir. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Baza” teleqram kanalı məlumat yayıb.

Moskva, Xabarovsk və Vladivostok bölgələrinin əhalisinə ölkə üzrə teleqram vasitəsilə kütləvi mesajlar göndərilir. Naməlum şəxslər mesajlar vətəndaşlara pul müqabilində iri ticarət mərkəzləri, məktəblər və digər ictimai yerlərdə terror aktı törətməyi təklif edirlər. Həmin şəxslərə hazır hücum planı və silah təqdim edəcəklərini bildirir, bu təklifdən imtina edənləri isə təhdid etməyə başlayırlar. Terror müqabilində 250 mindən 6 milyon rubla qədər pul təklif edildiyi bildirilir.

Məlumata görə, onlar hətta qatarlara bomba yerləşdirməyi təklif edirlər. Martın 24-ü axşam saatlarında 14 yaşlı məktəbli Yoşkar Oladan qatarla Moskvaya gedərkən qəfildən naməlum nömrədən pul müqabilində terror aktı təşkil etməyi təklif edən mesaj alıb. Qız qorxaraq polisə xəbər verib, vaqonlar hərtərəfli yoxlanılıb, lakin heç bir partlayıcı aşkarlanmayıb.

Ayşən Mustafa
Globalinfo.az