“Krokus” terrorundan sonra Putin nə edib? – Peskov ilk dəfə açıqladı

Rusiya Prezidenti Vladimir Putin “Krokus”dakı terror aktından sonra gecəni yuxusuz keçirib.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalist Pavel Zarubinə müsahibəsində deyib.

O bildirib ki, dövlət rəsmiləri vaxt və saatdan asılı olmayaraq prezidentə hesabat veriblər.

“Bütün bunlar səhərə qədər davam edib”, – Peskov vurğulayıb.

Onun sözlərinə görə, bütün zərərçəkənlər xəstəxanalara yerləşdiriləndə və ilk əməliyyatlar aparılanda baş nazirin müavini Tatyana Qolikova bu barədə Putinə məlumat verib.

“Belə məqamlarda heç kimin, xüsusən də dövlət başçısının yatmağa imkanı olmur”, – Peskov əlavə edib.

Əliyar Xəlil
Globalinfo.az